Məşhur azərbaycanlı meyxanaçı Aydın Quliyev (Xırdalanlı) Xırdalan qəbiristanlığında dəfn ediləcək.
Buta.media-nın məlumatına görə, artıq şairlə vida mərasimi başlayıb.
Qeyd edək ki, uzun müddətdir xəstəlidən əziyyət çəkən şair dünən vəfat edib. Qaraciyər serrozundan əziyyət çəkən meyxanaçının səhhəti son zamanlar daha da pisləşmişdi. Bundan əvvəl, sənət ustası özü də açıqlamalarında narkotikdən istifadə etdiyini etiraf etmişdi.
Xatırladaq ki, o, 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.