Aydın Xırdalanlının ölüm səbəbi bəlli oldu - VİDEO

Xəbər verdiyimiz kimi, məşhur azərbaycanlı meyxanaçı Aydın Xırdalanlı bu gün vəfat edib.

 

Buta.media-nın məlumatına görə, tanınmış meyxana ustası uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

 

Bir neçə ay öncə “Azad Azərbaycan” telekanalında aparıcı Nanə Ağamalıyevanın “Show ATV” verilişində qonaq olan meyxanaçı səhhətindəki problemlər üzündən sonadək proqramda qala bilməmişdi.

 

Qaraciyər serrozundan əziyyət çəkən meyxanaçının səhhəti son zamanlar daha da pisləşmişdi.

 

Bundan əvvəl, sənət ustası özü də açıqlamalarında narkotikdən istifadə etdiyini etiraf etmişdi.

 

Qeyd edək ki, o, 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.
 
Allah rəhmət eləsin!

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ