Tanınmış yazar: Meyxanaçıların yox olması xalqımızın xeyrinədir

Bu gün dünyasını dəyişən meyxanaçı Aydın Xırdalanlı haqqında yazıçı Kəramət Böyükçöl facebook hesabında qalmaqalı status yazıb.
 
Buta.media xəbər verir ki, yazıçı Aydın Xırdalanlının ölmündən sonra Azərbaycanda meyxana qadağan olması təklif edib.
 
"Aydın Xırdalanlı vəfat edib. İnsan olaraq Aydına bir sözüm yoxdu, onu nə sevirdim, nə də sevmirdim. Allah rəhmət eləsin. Amma arzu edirəm, Aydınla birlikdə Azərbaycanda adına sənət dedikləri o meyxana da ölüb getsin, rədd olsun, efirlər meyxanaya qadağa qoysun. Meyxanaçılar nə qədər yox olsa, xalqımızın o qədər xeyrinədi". - yazıçı bildirib.
 
Qeyd edək ki, məşhur azərbaycanlı meyxanaçı Aydın Xırdalanlı bu gün vəfat edib.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ