MMA döyüşçüsü Vüqar Kərəmov yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib.

Qafqazinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib.

Qərara əsasən, idmançı haqda qətimkan tədbirinin dəyişdirilməsi ləğv edilib.

V.Kərəmov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər. Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ