Aydın Xırdalanlı vəfat etdi

Uzun  müddətdir ağır xəstəlikdən əziyyət çəkən meyxana ustası Aydın Xırdalanlı vəfat edib.

 
Buta.media xəbər verir ki, bu barədə meyxanaçının həmkarı Namiq Qaraçuxurlu instagram hesabında yazıb:
 
“İndicə aldığım məlumata görə, meyxana sənəti daha bir sənətkarını itirdi. Bayaqdan əlim-ayağım əsir. Arzum vardı ki, söz xiridarı üçün yeni deyişmə hazırlayaq. Çox darıxmışdım onunla meyxana demək üçün. Allah sənə rəhmət eləsin Aydın. Kaş bu xəbər yalan olsun”. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ