Ağcabədi sakini həyat yoldaşını öldürdü

Bu gün Ağcabədidə 67 yaşlı qadın qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, G. Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.

Polis əməkdaşları tərəfindən Ə.Mehdiyev saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ