Bakıda hoteldə dəhşətli hadisə: ölənlər var - foto

Bakıda, Səbail rayonu ərazisində yerləşən hotellərin birində dəhşətli hadisə baş verib. Hoteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.

Bakupost.az-ın əməkdaşı sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı Xəzərdir. Sinif yoldaşı olublar. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ