Zərdabda ağır qəza, ölən var - foto

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəftəhal kəndi ərazisində qeydə alınıb.

Belə ki, Zərdab-Mollakənd yolu ilə hərəkət edən “Mercedes” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Ağcəbədi rayon sakini X.Paşayev idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsilə Zərdab rayonunun Şəftəhal kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra isə idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ