Kəlbəcərdə hərbi qulluqçumuz itkin düşüb

Kəlbəcərdə Azərbaycan ordusunun hərbi qulluqçusu itkin düşüb. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ