Bayram günü yol polisin avtomobili aşdı - VİDEO

Bu gün axşam saat 18:00 radələrində Qobustan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 
Buta.media məlumat verir ki, Mərəzə qəsəbəsi yaxınlığında Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb. 
 
Hadisə Bakı-Şamaxı yolunun 72-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, DYP-yə məxsus avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb.  


 


Qeyd edək ki, bu gün Azərabycanda İlaxır çərşənbəsi qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ