"Diqlas"-da yanğın: FHN-nin helikopteri suyu kənara boşaltdı - VİDEO

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində şiddətli yanğın başlayıb. FHN-in hadisə yerinə cəlb olunmuş yanğınsöndürən briqadalarına şiddətli yanğını ram etmək üçün nəzərdə tutulmuş xüsusi helikopter də qoşulub.
 
Buta.media-nın məlumatına görə, Musavat.com-un çəkiliş qrupunun lentə aldığı videogörnütülərdə aydın şəkildə görünür ki, helikopter öz çəninə götürdüyü suyu yanğının "episentr"indən çox-çox aralı, tüstü çıxmayan yerə boşaldır. Bu fakt videonun 2.03-2.07 dəqiqələrində aydın görünür.
 
Belə bir qənaət var ki, qatı tüstü buludu helikopterin pilotuna yanğının ən şiddətli yerini görməyə və ona yaxınlaşmağa imkan verməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ