Kül olan “Diqlas” - FOTO + VİDEO

Bu gün səhər saatlarında Bakıda “Diqlas” adlı ticarət mərkəzində baş verən yanğın hələ tam olaraq söndürülməyib.   

 

Buta.media-nın məlumatına görə, əraziyə 3 helikopter və xeyli sayda yanğınsöndürən maşın cəlb edilib.
 
Yanğın digər yaşayış binalarına keçməsə də, elektrik naqillərini sıradan çıxarıb.  Bundan əlavə, ticarət mərkəzinə və sahibkarlara ciddi ziyan dəyib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
 
Qeyd edək ki, “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı xəsarət alıb.  Əlində kəsik yaranıb. O, dərhal 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırılıb.


 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ