Qış Azərbaycana qayıdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günləri üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Buta.media-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. 

Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ