İranı ayağa qaldıran Məhsa Əmininin ölüm səbəbi açıqlandı

İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

Tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.

Məhkəmə-tibbi ekspertləri bildirib ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: 

“Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirdikdən sonra yaranmış vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti yox idi”.

Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ