Azərbaycanda aprelin 28-nə olan hava proqnozu açıqlandı

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 14-18, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ