Hazırda Ukrayna NATO-ya qəbul edilə bilməz - Baş katib

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna qısa müddətdə alyansa qəbul edilə bilməz. O, brifinq zamanı bu ehtimalı istisna edib.

Stoltenberq vurğulayıb ki, üzvlüklə bağlı qərar 30 tərəfdaş ölkənin görüşü ilə verilməlidir.

“İndi biz Ukraynaya özünü müdafiə etməyə dəstək verməyə yönəlmişik”, - deyə hərbi-siyasi blokun rəhbəri bildirib və əlavə edib ki, hazırda bütün iştirakçıların diqqət mərkəzində olan əsas məsələ budur.

Sentyabrın 30-da prezident Vladimir Putin qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın (DXR və LXR), eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişləri imzalayıb.

Buna cavab olaraq Volodimir Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı ərizəni imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ