Ukrayna NATO-ya qoşulur? - Zelenskidən mühüm açıqlama

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev NATO-ya sürətlənmiş şəklildə üzvlüyə qəbul olunması ilə bağlı ərizəni imzalayacaq.

“De-fakto, biz artıq NATO-ya yolumuzu keçmişik. De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğu sübut etmişik. Onlar Ukrayna üçün realdır - döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində realdır”, - prezident bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bu gün mətbuat konfransı keçirəcəyini bildirib. Konfransın mövzusu açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ