“Milan” klubu 1,2 milyard avroya satıldı

“Elliott Advisors UK Limited” şirkəti “Milan” klubunu “RedBird Capital Partners” korporasiyasına satıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“RedBird Capital Partners”ın təsisçisi Cerri Kardinal bildirib ki, “Milanı” Avropa və qlobal futbolun zirvəsində saxlamaq üçün şirkətin idman və media şəbəkəsinin bütün təcrübəsindən istifadə etməyə çalışacaq.

Müqavilə 1,2 milyard avro dəyərində qiymətləndirilir. Qeyd olunur ki, “Elliott Advisors” direktorlar şurasında yerlərini qoruyub saxlayacaq.

“RedBird Capital Partners”in klubun yeni sahibi olacağı barədə məlumat iyunun 1-də yayılıb. Amerika şirkəti bir neçə idman klubunun sahibi olan “Fenway Sports Group”un investorudur: “Liverpul” futbol klubu, “Boston” beysbol komandası və “Pittsburq” hokkey klubu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ