Bakı və İrəvan arasında konkret marşrutlar üzrə paket həlli razılaşdırılır - Zaxarova

Rusiya Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı predmetli işi davam etdirir.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupu çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həlli razılaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ