Türkiyədə yük maşını insanlara çırpıldı, ölənlər var - video

Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.

Əyləci sıradan çıxan qoşqulu yük maşını avtomobillərə çırpılıb və daha sonra yol kənarında olan insanların üzərindən keçib.

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

Bundan əvvəl Qaziantep-Nizip yolunda baş verən yol qəzasında azı 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ