Türkiyədə qəzaya düşənləri xilas edənlər qəzaya düşdü: 20 ölü - video

Türkiyənin Mardin vilayətinin Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 20 nəfərə çatıb.

Qəzadan sonra Mardinə gedən daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının artdığını açıqlayıb. 

“Hadisə bütün təfərrüatları ilə araşdırılır, bütün ehtimallar dəyərləndiriləcək”, - Soylu bildirib.

Qeyd edək ki, qəza bir neçə avtomobilin, o cümlədən yük maşınının toqquşması ilə baş verib. 

20.08.2022 17:01

Türkiyənin Qaziantep şəhərinin Nizip rayonunda avtomobil dərəyə aşıb.

Qəza yerinə xilasedicilər, təcili yardım, polis əməkdaşları cəlb ediliblər. Yolda hərəkət dayandırılıb.

Bu zaman sərnişin avtobusu yolda dayanan təcili yardım, polis, xilasedici və İHA-nın canlı yayım maşınına çırpılıb.

Nəticədə 3-ü yanğınsöndürən, 2-si səhiyyə işçisi, 2-si jurnalist olmaqla, 16 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ