Kosovoda sabitliyə təhlükə yaranarsa, müdaxilə edəcəyik - NATO

Kosovoda NATO-nun himayəsi altında olan beynəlxalq missiya regionun şimalında “sabitliyə təhlükə” yaranarsa, müdaxilə edəcəyi ilə hədələyib.

“Kosovonun şimal bələdiyyələrində ümumi təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. NATO-nun rəhbərlik etdiyi missiya vəziyyəti diqqətlə izləyir və sabitliyə təhlükə yaranarsa, müdaxilə etməyə hazırdır”, - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, Kosovonun şimal hissəsində iyulun 31-i axşam saatlarında hava həyəcanı siqnalı verilib, bölgənin serb əhalisi barrikadalar qurmağa başlayıblar.

Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Kosovo ordusu avqustu 1-də gecə yarısı Serbiyanın şimal hissəsinə hücum etməyi planlaşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ