Sirenalar və barrikadalar: Avropada yeni müharibə başlayır - video

Kosovonun şimal hissəsində iyulun 31-i axşam saatlarında hava həyəcanı siqnalı verilib, bölgənin serb əhalisi barrikadalar qurmağa başlayıb.

Bu barədə məlumatı Novosti.rs portalı yayıb.

Qeyd olunur ki, yerli vaxtla saat 17:30-dan etibarən sirenaların səsi eşidilir. Kosovo polisinin Kosovska-Mitrovitsadakı sərhəd bazası qarşısında pulemyotlarla silahlanmış polis əməkdaşları görünüb. Bildirilir ki, serblər Rudar və Zupça şəhərlərində alban xüsusi təyinatlılarının yolunu kəsmək üçün barrikadalar qurmağa başlayıblar.

Həmçinin qeyd edilir ki, artıq Kosovoya Serbiya nömrəli avtomobillər buraxılmır.

Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Kosovo ordusu gecə yarısı Serbiyanın şimal hissəsinə hücum etməyi planlaşdırır.

“Hesab edirəm ki, biz indiki qədər çətin vəziyyətdə olmamışıq. Bunu niyə dedim? Priştina rejimi özünü qurban kimi göstərərək dünyadakı əhval-ruhiyyədən istifadə etməyə çalışır”, - Serbiya prezidenti xalqa müraciətində deyib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Kosovo ərazisində Serbiyanın verdiyi sənədlər  artıq işləməyəcək. Bununla əlaqədar Serbiyanın xarici işlər naziri Kosovonu “yaxın günlərdə cəhənnəm” ilə hədələyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ