Kəramətin atası: Məni o əclaf öldürdü

Məni oğlum Kəramət Böyükçöl öldürdü.
 
Buta.media-nın məlumatına görə, bunu K. Böyükçölun atası yazar Qəşəm Nəcəfzadə öz facebook hesabında bildirib.
 
O, qeyd edib ki, son 9 gündə təzyiqi 250 -dən düşmür. Hərdən 270- ə qalxır. Üstəlik ürək əməliyyatından qalan problem, şəkər... 
 
“Ovuc- ovuc dərman yeyirəm, analizlər, MRT-lər, kompyüter tomoqrafiya və sair. Əhəmiyyətsiz bir şey... Halıma göynən uçan quş da ağlar...
 
Aprelin 1-i ad günüm. 60 yaşım. Yəqin ki, tezliklə öləcəyəm. Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm... 
 
Məni o alçaq öldürdü. Ona nifrət edirəm. Azərbaycanda təhqir etmədiyi və məni söydürmədiyi adam qalmadı..

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ