Azərbaycanlı kişilər bir günlük “qadın oldular” - VİDEO

Bu kənddə keçirilən bayram ölkəyə sözün əsl mənasında səs salır. Qazaxın Salahlı yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənələr bu gün də yaşadılır

 

Günortadan başlayan bayram şənliyi səhərə kimi davam edir. Daha maraqlısı isə odur ki, kəndin gəncləri qadın paltarları geyinib kəndi qapı-qapı gəzirlər. Onların belə geyinməkdə öz məqsədi var.


Kəndlilər buşənliyə “Salahlı karnavalı” da deyirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə gecənin qaranlığına xüsusi rəng qatır...


Onlar bu cür geyimlərlə evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Girdikləri evlərdən isə bayram nəməri alırlar. Kim pul verməsə əllərindəki dəyənəklə ev sahiblərini döyürlər.


Kəndi gəzən gənclər sonra Bakı-Qazax avtomagistralının kəndin içindən keçən hissəsində avtomobilləri dayandırıb,rəqs edirlər. "Salahlı karnavalı" Səhər saatlarına qədər davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ