Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - video

Bakıda sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı növbəti hadisə yaşanıb.

Baku.ws xəbər verir ki, bu dəfə xoşagəlməz hal Xırdalan şəhərində yaşanıb.

Sahibsiz itlər AAAF park yaşayış kompleksində yaşayan sakinlərə hücum ediblər. Hadisə xəsarətsiz ötüşməyib.
Belə ki, itlərdən biri həmin ərazidə yaşayan sakinlərdən birini qolundan yaralayıb.

Şikayətdə o da bildirilib ki, itlər həmin yaşayış kompleksinin sakinlərinin həyatını çətinləşdiriblər. İtlər binanın həyətinə düşmək istəyən yaşlı, gənc, uşaq bilmədən hamıya hücum edirlər. İnsanlar artıq qorxu içində yaşamaq istəmədiklərini bildiriblər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ