Kadırov Ərdoğana müraciət etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Mariupoldakı “Azovstal” zavodunda qalan ukraynalı hərbçilərə kömək etməməyi xahiş edib. 

Buta.media-nın xəbərinə görə, o bu barədə öz “Telegram” kanalında yazıb.

“Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edirəm: “azovçular” qatil və allahsızdırlar. İndi onları sizə Rusiya təcavüzünün günahsız qurbanları kimi təqdim etmək istəyirlər”, - Kadırov yazıb və əlavə edib ki, müsəlmanlar Ankaranın “İslama qarşı olanların təxliyəsinə” hazır olması barədə məlumatı pis qarşılayıblar.

“Sizin köməyinizlə sınaqdan və layiqli cəzadan yayınmaq istəyən cinayətkarlar tərəfindən aldanmağa imkan verməyin”, - Kadırov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ