Rusiya hərbçilərin bu hərəkəti Putini qəzəbləndirdi - VİDEO

Vinnitsa hava limanının çox bahalı raketlərlə vurulduğunu biləndə Vladimir Putin "qəzəblənib".

Bunu Bellingcat layihəsinin araşdırmaçı jurnalisti Xristo Qrozev Ukrayna telekanallarına deyib.

“Bir gün əvvəl bizə bildirdilər ki, Vinnitsaya çox bahalı səkkiz raket (onlar Rusiya ehtiyatında bir az qalıb) atılandan sonra bu barədə Putin bilib. O buna çox qəzəblənib, çünki bundan əvvəl ona bu raketlərin ən qiymətli olduğu və ümumiyyətlə, mindən çox olmadığı barədə xəbər verilib". - deyə o bildirib.

“Ukrayinska Pravda” yazır ki, güman ki, martın 6-da Vinnitsa hava limanında səkkiz X-101 qanadlı raket buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ