Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verib.
Bu barədə Buta.media-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Dövlət başçısının tapşırığına əsasən, zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyyə olunması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, Türkiyənin Elazığ vilayətində baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində 22 nəfər ölüb, 1031 nəfər xəsarət alıb.