Türkiyədə güclü zəlzələ: Ölənlər var - YENİLƏNİB + VİDEO

Türkiyənin şərqində baş verən zəlzələ zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Hallar və Təbii Fəlakətlər üzrə Agentliyi məlumat yayıb.

Hadisə zamanı daha 1015 nəfər xəsarət alıb.

Bildirilir ki, təbii fəlakət zonasında ölkənin 28 vilayətindən 493 xilasedici komandası işləyir. Zəlzələ baş verən əraziyə 1689 çadır, 1656 çarpayı və 9,2 min yorğan çatdırılıb. Evsiz qalan insanları məktəblərdə, idman salonlarında, yataqxana və kitabxanalarda yerləşdirirlər. 

Türkiyə mobil operatorları Elazığ və Malatyatda xidmətlərini pulsuz ediblər.

24.01.2020 23:50

Türkiyənin şərqində Sivric şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.

Buta.media-nın məlumatına görə, hadisə Bakı vaxtı ilə saat 21:55-də qeydə alınıb.

Türkiyə Daxili İşlər naziri Süleyman Söylünün sözlərinə əsasə, zəlzələ zamanı Malatya və Elazığ vilayətlərində ümumilikdə dörd nəfər ölüb.

Hazırda hadisə yerinə xilasedicilər cəlb olunublar.

Buta.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ