“Qarabağ” azarkeşləri Qara Qarayevi təhqir etdilər - video

“Neftçi”nin futbolçusu Qara Qarayevlə “Qarabağ”ın fan klubu “İmarət” arasında qalmaqallı anlar yaşanıb.

Ötən gün Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Qarabağ” (0:4) matçında qonaq komandanın azarkeşləri sabiq oyunçularını rəqib komandaya keçdiyi üçün təhqir edib.

Q.Qarayev də azarkeşlərin təhqiredici şüarlarına cavab verib. Tribunalara yaxınlaşan futbolçu “Əgər məni söyən adamın şərəfi varsa, məni yığsın” deyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ