Lənkəranda ağır qəza: ölən və yaralananlar var

Lənkəran rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobillərinin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Nəsirov Davud Sərraf oğlu hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Nağızadə Mirşahin Malik oğlu, 2003-cü il təvəllüdlü Mahmudov Pərvaz İlham oğlu və 1991-ci il təvəllüdlü Fətullazadə Pərviz Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ