Bakıda bir ailə mağazanı soydu - Oğurluq kameralara düşdü

Bakıda oğurluq hadisəsi baş verib.

Buta.media-nın məlumatına görə, dünən Bakıxanov qəsəbəsində “Razin talkuçkası” kimi tanınan bazarda mağazaya eyni vaxtda iki kişi, biri yaşlı olmaqla iki qadın, bir yeniyetmə və bir uşaq daxil olub. 

Kişilər qapının yanında ayaqqabı ilə “maraqlanıb” satıcının başını qarışdırırlar. Bu zaman yaşlı qadın bahalı qadın kostyumlarını bükərək yeniyetmənin əlində olan torbaya basır. Nisbətən cavan gəlinlə uşaq isə həmin vaxt oğurluq baş verən yerin qabağını kəsərək görüntü məhdudiyyəti yaradırlar. 

Yaşlı qadın oğurluğun ardından əlində bir mal dükanın arxa hissəsinə keçir. Satıcını çağırır. Satıcı ona yaxınlaşanda isə yeniyetmə, ardınca uşaq və gəlin, daha sonra isə kişilərdən biri çıxır.

Mağazaya ümumilikdə 800 manata yaxın ziyan dəyib. Xanım sahibkar polis orqanlarından bu cinayətkar dəstəni ifşa edərək yaxalanmasını istəyir.

Cinayətkar dəstənin bir ailə olduğu ehtimal edilir. Ata, ana, iki oğul, gəlin və uşaq.

Ümid edirik ki, polis tezliklə bu cinayət əməlini törədənləri həbs edəcək. Çünki bu şəxslər cəzasız qalsa gələcəkdə daha böyük oğurluqlara əl ataraq vətəndaşlara ziyan vuracaqlar.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ