Milli Məclis Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib

Milli Məclis “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb.

İclasda deputatların təkliflərindən sonra Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq məsələsi səsverməyə qoyulub.

Milli Məclis Əli Əsədovun baş nazir olmasına razılıq verib.

Bildirək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.

Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ