Mikayıl Cabbarova yeni vəzifə verildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış İşçi qrupuna rəhbər təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamına dəyişiklik edilməsini təsdiqləyib.

Qeyd edək ki, indiyə qədər İşçi qrupuna Milli Məclis sədrinin müavini Valeh Ələsgərov rəhbərlik edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ