Azərbaycan Rusiyaya Türkiyədən iki dəfə çox yumurta tədarük edib

Yanvarın 25-ə olan hesabata görə, Türkiyə Rusiyaya 1,5 milyon yumurta tədarük edib. Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Sonuncu partiya zamanı Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə 316,8 min ədəd yunurta idxal edilib.

Türkiyə bu il yanvarın 3-dən Rusiya Federasiyasına yumurta tədarük etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycan yanvarın əvvəlindən yanvarın 22-dək Rusiyaya ümumilikdə 3,3 milyon ədəd yumurta ixrac edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ