Bakıda dördəm dünyaya gəldi - FOTO

Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm dünyaya gəlib.

Buta.media xəbər verir ki, bu haqda körpələrin dünyaya gəldiyi hospitalın İnstaqram hesabında məlumat verilib. Respublika Günü ərəfəsində doğulan 2-si qız, 2-si oğlan olan körpələr tam sağlamdırlar. 

Bir dəfəyə 4 övlad sahibi olan gənc ailənin sevincinin həddi-hüdudu yoxdur. Gənc valideynlər övladlarının sağ-salamat doğulduqlarına görə çox xoşbəxtdirlər. Bu gün həyatlarının ən xoşbəxt günü olduğunu deyən Axundovlar, körpələrinin sağlam və xoşbəxt olması üçün əllərindən gələni edəcəklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ