Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Şəkidə altı yaşlı uşaq xəstəxanada qızılcadan ölüb.

Yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.

Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.

Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ