Sabah Bakıda 15 dərəcə isti olacaq - Yanvarın 2-nə olan hava proqnozu

Sabah, yanvarın 2-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ