Azərbaycanda qeyri-iş günləri ilə bağlı dərslərin tarixləri açıqlanıb

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən təhsil müəssisələrində dərslərin tarixləri müəyyənləşdirilib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixi müəyyən edilib.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə isə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ