Avtoxuliqanlıq edərək görüntüləri “TikTok”da paylaşan şəxs həbs olundu - video

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə paylaşan Astara sakini inzibati qaydada həbs olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon sakini Səttar Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə rayonun müxtəlif ərazilərində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq hərəkətləri edib və həmin görüntüləri “TikTok” sosial şəbəkəsində paylaşıb.

Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan həmin sürücü barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Quliyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ