Qusarda avtobus aşdı

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə altı nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ