İsrail Cəbəliyə düşərgəsinə zərbə endirdi: 100-dən çox insan öldü

İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə düşərgəsində yaşayış məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində 100-dən çox insan həlak olub.

Bu barədə WAFA agentliyi məlumat yayıb.

Hücum zamanı məcburi köçkünlər də daxil olmaqla mülki şəxslərin yaşadığı binalar hədəf alınıb.

Onlarla insanın yaralandığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ