Ərdoğan İsraili hədələdi: Onlar Türkiyənin səbrini sınayırlar

İsrail Türkiyənin səbrini sınamağa davam edir, o cümlədən nüvə silahından istifadə hədələri ilə. Türkiyə mətbuatı xəbər verir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Beştəpə mədəniyyət kompleksində keçirilən Mustafa Kamal Atatürkün anım mərasimində deyib.

“Onlar [İsrail] ölkəmizin ərazilərini də əhatə edən vəd edilmiş torpaq illüziyaları, həmçinin nüvə silahından istifadə təhdidləri ilə bizim səbrimizi sınayırlar”, - Türkiyə lideri deyib. Ərdoğan həmçinin qeyd edib ki, İsrail tərəfi “bütün insanlıq qarşısında cavab verəcək”.

“Kollektiv [beynəlxalq] vicdandan aldığımız güclə fələstinliləri tam dəstəkləməyə davam edəcəyik. Bütün Fələstin xalqının, xüsusən də Qəzza sakinlərinin can və mallarının təhlükəsizliyi təmin olunmayana qədər həqiqəti söyləməkdən əl çəkməyəcəyik”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ