İsrail kosmosda raketi vuran ilk ölkə kimi tarixə düşüb

İsrailin oktyabrın 30-da Yəməndən Eylat şəhərinə husilər tərəfindən atılan ballistik raketi vurması tarixə ilk kosmos döyüşü kimi düşüb.

Bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.

“İsrail bu həftə Yer atmosferindən kənarda ballistik raketi vurmaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə edib, bu kosmosda ilk döyüşdür”, qəzet yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ