Real döyüş: HƏMAS yaraqlıları İsrail hərbçilərinə qarşı - video

HƏMAS-a yaxın media İsrailə qəfil hücumun ilk günlərindən kadrları dərc etməyə davam edir.

Sosial şəbəkələrdə yayılan növbəti videoda HƏMAS yaraqlıları ilə İsrail Ordusunun hərbçiləri arasında real döyüş kadrları əks olunub.

Qeyd edək ki, Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatının silahlıları oktyabrın 7-də səhər saatlarında İsrailə hücum ediblər. Onlar üç minə yaxın raket ataraq sərhəd bölgələrinə daxil olublar, İsrail hərbçiləri ilə döyüşə girib, onlarla insanı girov götürüblər. “Hizbullah” da Livandan İsrail ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələri Qəzza zolağına, eləcə də Livana kütləvi zərbələr endirməklə cavab verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ