Fransa hərbçiləri Ermənistanda - foto

Fransa HOPE FSX 2023 xilasetmə təlimində iştirak etmək üçün Ermənistana 56 mülki müdafiə əməkdaşı göndərib.

Bu barədə Fransa səfiri Olivye Dekotini məlumat verib.

Onun sözlərinə görə, Ermənistana Fransanın 56 mülki müdafiə əməkdaşı, iki Dash təyyarəsi, 8 ton avadanlıq və iki xilasedici it gəlib.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə “HOPE FSX 2023” beynəlxalq komanda-qərargah-xilasetmə təlimi başlayıb.Təlimdə Ermənistan, Gürcüstan, Kipr, Yunanıstan, Fransa, Monteneqro və Şimali Makedoniyadan olan xilasedicilər iştirak edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ