İsrail səfiri Azərbaycana təşəkkür etdi

“Azərbaycandakı bacı və qardaşlarımızın dəstək mesajları bizi heyrətə gətirdi”.

Bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik mətbuata açıqlamasında bildirib.

“Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlardan nə qədər mesaj, e-poçt, votsap və zəng aldığımızı saymağı dayandırdım. Səfirliyin darvazası önün gül dəstələrinin düzülməsi isə doğrudan da ürəkaçandır. İsrail xalqı adından Azərbaycan xalqına demək istəyirəm ki, siz bizim qəlbimizə toxundunuz, sağ olun!”, - deyə diplomat vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ