Sabah külək əsəcək

Azərbaycan ərazisində sentyabrın 28-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ