Ermənilər artilleriyanı işə saldılar - MN

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən törədilən təxribata cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni hərbçi məhv edilib, daha bir erməni əsgər isə yaralanıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ